- 3 Fevral 18:49
"İdeal House" MMC barədə inzibati protokol tərtib olunub.
E-huquq.az-ın məlumatına görə, şirkət cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasında günahlandırılır.
Belə ki, "İdeal House" barədə İnzibati Xətalar Məcəlləsnin 598.7-ci maddəsi ilə porotokol tərtib olunaraq Xətai Rayon Məhkəməsinə göndərilib.
İş üzrə məhkəmənin baxış iclası fevralın 14-də hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, bu xətaya görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
Şəbnəm Mehdizadə