- 16:44
"Bona Dea" MMC barəsində cərimə protokolu tərtib olunub.
E-huquq.az-ın məlumatına görə, "Bona Dea" gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılmasında günahlandırılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 491.1-ci madddəsi ilə tərtib olunan protokol Nizami Rayon Məhkəməsinə göndərilib.
İş hakim Nəriman Mehdiyevin icraatındadır. Məhkəmənin hazırlıq iclası fevralın 5-də keçiriləcək.
Protokol təsdiq olunduğu halda "Bona Dea" inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə