"Sun Food" barəsində inzibati protokol tərtib olundu


  • 14:53

"Sun Food" MMC barəsində inzibati protokol tərtib olunub.

E-huquq.az xəbər verir ki, Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə tərtib edilmiş protokola Bakı Şəhəri Nizami rayon məhkəməsində baxılır.

Hakim Nəriman Mehdiyevin icraatında olan iş üzrə məhkəmənin baxış iclası fevralın 7-nə təyin olunub.

Qeyd edək ki, bu xətaya görə hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər