"Smart Energy Services" valyuta tənzimi qaydalarını pozmaqda günahlandırılır


  • 14:42

Azərbaycan Mərkəzi Bankı "Smart Energy Services" MMC-yə cərimə yazıb.

E-huquq.az-ın məlumatına görə, şirkət ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasında günahlandırılır.

AMB İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərib.

İş hakim Aytəkin İbrahimovanın icraatındadır. Növbəti məhkəmə iclası fevralın 2-də keçiriləcək.

Protokol təsdiq olunsa, "Smart Energy Services" inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə ediləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər