"Kontakt Home" cərimələnə bilər


  • 14:34

"Kontakt Home" mağazalar şəbəkəsi adı altında fəaliyyət göstərən "ABC Telekom" MMC gömrük qaydalarını pozmaqda günahlandırılır.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İşə fevralın 12-də hakim Vüsal Tağıyevin sədliyi ilə baxılacaq.

Qeyd edək ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə "ABC Telekom" 1500 manat cərimələnə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər