- 16:44
Mənimsəmədə təqsirləndirilən Xasay Səfərovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.
E-huquq.az-ın məlumatına görə, şikayətə Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclası mayın 7-nə təyin olunub.
Qeyd edək ki, “Azroşen” MMC-nin satış üzrə menecer vəzifəsində çalışan Xasay Səfərov şirkətin 14 285 manat pulu mənimsəməkdə ittiham olunur. Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə ona 1 il 5 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına təyin edilib. Şəki Apellyasiya Məhkəməsi hökmdən narazı qalan “Azroşen” MMC-nin apellyasiya şikayətini təmin etməyib.
Şəbnəm Mehdizadə