- 16:44
Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elvin Qarazadənin barəsindəki hökmdən kassasiya şikayəti verilib.
E-huquq.az-ın məlumatına görə, şikayətə Ali Məhkəmədə Tahir Kazımovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin baxış iclası mayın 14-nə təyin olunub.
Qeyd edək ki, Elvin Qarazadə idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə Xırdalan şəhəri H.Əliyev prospektində yolu keçmək istəyən piyada Kahin Əlişzadəni vurub. K.Əlişzadə aldığı xəsarətlərdən ölüb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə E.Qarazadə 3 il 6 ay azadlıqdan məhrum edilib.
Şəbnəm Mehdizadə