Məhkəmənin yüngül cəza verməsinə kömək edəcəyini deyib 12 min pul aldı


  • 30 Yanvar 15:52

Bərdədə məhkəməin adından istifadə edərək dələluzluq etməkdə təqsirləndirilən Zaur Əliyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məılumatına görə, Bərdə Rayon Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Z.Əliyev 2 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə,. 1988-ci il təvəllüdlü Z.Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının qarşısında gördüyü T.Məmmədovun yaxın qohumu İ.Tağıyevin Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin Gəncə Ağır Cinayət Məhkəməsində baxılmasını öyrənərək ona şəxsi əlaqələrinin geniş olmasını, Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışının işləməsi, əvvəllər də bu cür təqsirləndirilən şəxsləri cinayət məsuliyyətindən azad etdirməsi və cəzasını azaltdırması barədə bilə-bilə yalandan uydurma məlumatlar verib İ.Tağıyevin 7000 manat pul müqabilində 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasının almasına köməklik göstərəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək zərərçəkmişin 7000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq cinayətini törədib.

Bundan başqa o, zərərçəkmiş Y.Babayevə istintaq və məhkəmə orqanlarında tanışlarının olması barədə bilə-bilə yalandan uydurma məlumatlar verib onun oğlu A.Babayevin Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin Gəncə Ağır Cinayət Məhkəməsində baxılmasını öyrənərək ona 1500 manat pul müqabilində yüngül cəza verilməsinə köməklik göstərəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək zərərçəkmişin 1500 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq cinayətini törədib.

Z.Əliyev, həmçinin zərərçəkmiş Q.Məmmədova şəxsi əlaqələrinin geniş olması, istintaq və məhkəmə orqanlarında tanışlarının olması barədə bilə-bilə yalandan uydurma məlumatlar verib sonuncunun Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bərdə Rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş qardaşı E.Məmmədovun 4000 manat pul müqabilində yüngül cəza almasına köməklik göstərəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək zərərçəkmişin 4000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq cinayətini törədib.

Ona qarşı CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər