- 30 Yanvar 15:52
Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəşad Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Ağsu Rayon Məhkəməsində hakim Babək Qasımovun sədrliyi ilə keşirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R.Mustafayev Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azalıqdan məhrum etmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə R.Mustafayevə təyin olunan cəza 2 il 6 ay sınaq müddəti olmaqla şərti hesab edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun Ağsu rayonu Növcü kəndindən keçən hissəsində qeydə alınıb. 1992-ci il təvəllüdlü R.Mustafayevin idarə etdiyi i “Vaz 21063” minik markalı avtomobil Növcü kəndində hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb. Nəticədə maşın qəzaya uğrayıb. Qəza zamanı R.Mustafayevin 2 yaşlı oğlu Mehrac Mustafayev ölüb.
Şəbnəm Mehdizadə