- 30 Yanvar 15:52
Bilgəh Kardioloji Sanatoriyasının çimərliyində oğurluq etməkdə təqsirləndirilən Məmməd Məmmədovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M.Məmmədov 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.Məmmədov Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Kardioloji” sanatoriyanın çimərliyində istirahətdə olan N.Qurbanovaya məxsus dəyəri 2020 manat “Iphone” 13 markalı mobil telefon, dəyəri 15 manat olan həmin telefonun üzərindəki ağ şəffaf rəngli plasmas materialdan hazırlanmış telefonu kənar zərbələrdən qoruyan qoruyucu, dəyəri 150 manat olan GSM mobil nömrə, 40 manat nağd pul, dəyəri 70 manat olan 1 ədəd qısaqol köynək, dəyəri 90 manat olan 1 ədəd cins şalvar, dəyəri 110 manat olan 1 cüt ayaqqabı, dəyəri 30 manat olan çimərlikdəki qumun üzərinə qoyduğu 1 ədəd əl çantasını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 2525 manat maddi ziyan vurmaqla oğurluq edib. Bundan başqa o, həmin sanatoriyada M.İsayevə məxsus 1 ədəd dəyəri 150 manat “Samsung Galaxy A 3” markalı mobil telefon, həmin telefonun üzərində olan dəyəri 15 manat GSM mobil nömrə, dəyəri 120 manat olan telefon üçün simsiz qulaqcıq və 225 manat nağd pul, L.Əliyevaya məxsus dəyəri 850 manat olan 1 ədəd “Samsung Galaxy A 34” markalı mobil telefon, dəyəri 10 manat olan GSM nömrə, dəyəri 10 manat olan həmin telefonun üzərindəki plasmas materialdan hazırlanmış telefonu kənar zərbələrdən qoruyan qoruyucu, dəyəri 100 manat olan “Iphone” 6 markalı mobil telefon, həmin telefonun üzərində olan dəyəri 10 manat olan GSM nömrə, 225 manat nağd pul və dəyəri 15 manat olan qara rəngli əl çantası, S.Orucova məxsus dəyəri 570 manat olan “Samsung Galaxy M 14” markalı mobil telefon, həmin telefonun üzərində olan dəyəri 10 manat olan GSM nömrə və 75 manat nağd pulların çimərlikdəki qumun üzərinə qoyduğu bir ədəd əl çantasını gizli olaraq talayıb. M.Məmmədova qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə