- 28 Yanvar 17:31
Şəmkirdə həmkəndlisini döyməkdə təqsirləndirilən Əziz Məmmədovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Şəmkir Rayon Məhkəməsində hakim Həvayət Məhəmmədinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ə.Məmmədov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 10ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, Ə.Məmmədov sərxoş halda həmkəndlisi Q.Əliyevin evinə gedib. Evin qarşısına yaxınlaşıb evin həyətyanı qapısını yoxlayıb, evin qapısı bağlı olduğu üçün evin hasarından aşaraq evə daxil olmub. Q.Əliyev ondan sərxoş halda nə üçün evə gəldiyini və hansı vəziyyətdə evə daxil olduğunu soruşub. Ə.Məmmədov Q.Əliyevə yalnış olaraq arvadı N.Əliyevanın qapını açdığını deyib. N.Əliyevə isə qapını açmadığını deyib. Bu zaman tərəflər arasında mübahisə yaşanıb. Dava zamanı Ə.Məmmədov QƏliyevə əl və ayaq zərbləri ilə bir neçə dəfə vuraraq ona xəsarət yetirib.
Şəbnəm Mehdizadə