Toydan qayıdan kişini maşınla vurub öldürənə hökm oxundu


  • 28 Yanvar 14:59

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsriləndirilən Orxan Vəliyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Samir Nəsibvoun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, O.Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında baş verib. Belə ki, 1983-cü il təvəllüdlü O.Babayev idarə etdiyi “Opel Vectra” markalı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən 22-ci kilometrliyində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçən Aqşin Babayevi vurub. Nəticədə piyada ölüb. A.Babayev toy mərasimindən qayıdırmış.

O.Vəliyevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəlu sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər