- 28 Yanvar 17:31
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elşən Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E.Novruzovun təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib.
Qeyd edək ki, hadisə 2023-cü ilin may ayında baş verib. Belə ki, 1994-cü il təvəllüdlü E.Novruzov "Kia Rio" markalı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində hərəkətdə olan zaman yolu keçmək istəyən Elqar adlı şəxsi vurub. Xəsarət alan piyada 1 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib. E.Novruzova qarşı Cinayət Məcəlləsinin 263.1-ci maddəısi ilə ittiham irəli sürülüb.
E.Novruzov İkinci Qarabağ müharibəsi iştirakçısdır. O, taksi fəaliyyəti ilə məşğul olurmuş.
Şəbnəm Mehdizadə