- 28 Yanvar 17:31
Astarada keçmiş həyat yoldaşını döyməkdə təqsirləndirilən Nizam Kərimovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Astara Rayon Məhkəməsində hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, N.Kərimov 1 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə ötən ilin avqust ayında baş verib. 1974-cü il təvəllüdlü N.Kərimov Astara şəhər Statistika Mərkəzinin inzibati binasının qarşısında şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşı D.Məmmədova ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun üz nahiyyəsinə yumruqla vuraraq qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürüılüb.
Şəbnəm Mehdizadə