- 28 Yanvar 17:31
Bakıda işədüzəltmə adı ilə dələduzluq etməkdə təqsirləndirilən Firuz Qasımovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
E-hhuquq.az-ın məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, F.Qasımov 2 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, F.Qasımov N.Əliyevi aldadaraq onun oğlunu Gömrük Komitəsinə işə düzəlmə kimi yalan vədlər verib bunun müqabilində 20000 manat məbləğində pulun verilməsinin zəruriliyini bildirib. O, ayrı-ayrı vaxtlarda zərərçəkmiş şəxslə görüşüb müxtəlif məbləğdə pullar alaraq sonuncuya ümumilikdə 10 100 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq edib. F.Qasımova qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə