- 28 Yanvar 17:31
Bakıda avtomobil qaçırmaqda təqsirləndirilən İsmayıl Babayevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçiriləb prosesdə hökm oxunub.
Hökmə əsasən, İ.Babayevə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Qeyd edək ki, İ.Babayev yuyucu işlədiyi “Avtoyuma Baku” avtoyuma məntəqəsinin qarşısında yuyulması üçün ona həvalə edilən “FAW” markalı, “Bestune T77 minik” modelli avtomobilin mühərrikini açarla işə salıb avtomobili idarə etməklə talama məqsədi olmadan maşını qaçırıb. Həmin avtomobillə hərəkətdə olan zaman 4 avtomobillə toqquşub yol nəqliyyat hadisəsi törədərək zərərçəkmiş şəxsə 15.790 manat məbləğində xeyli midarda maddi ziyan vurub. Ona qarşı Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə