Gömrük Komitəsi "Global Energy Solutions" şirkətinə cərimə yazdı


  • 14:49

"Global energy solutions" MMC barəsində cərimə protokolu tərtib olunub.

E-huquq.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Proktokol baxılnası üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Elçin Ağayevin sədrliiyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, bu xətaya görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər