Göygöldə arvadıını bıçaqlamaqda təqsirləndirilən şəxsin istintaqı yekunlaşdı


  • 14:40

Göygöldə arvadını bıçaqlamaqda təqsirləndirilən Cavid Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmıç materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Roman Ələkbərlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Məmmədov Cavid Tofiq oğlu arvadı Məmmədova Asimə Rizvan qızı ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun bədəninə zərbələr vuraraq qəsdən ona ağır bədən xəsarətləri yetirib. Məmmədov Cavid Tofiq oğlu həmin cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər