"Zirvə Tədris Mərkəzi"nə cərimə yazıldı


  • 14:12

"Zirvə Tədris Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, mərkəz barədə İnzibati Xətalar Məcəlləsinin 464-cü (məcburi auditdən yayınma) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Samirə Məmmədlinin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Zirvə Tədris Mərkəzi" min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər