Azərbaycanın COP29-a ev sahibliyi dünyada artan nüfuzunun parlaq ifadəsidir


  • 13:11

Müstəqil ölkəmiz bu gün qlobal problemlərin həllinə töhfələr verən, beynəlxalq həmrəyliyin gücləndirilməsinə çağırışlar edərək əməli fəaliyyəti ilə təsdiqləyən ölkə kimi tanınır.

Azərbaycanın COP29 konfransına ev sahibliyi bu ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. 180-dən çox dövlətin nümayəndəsinin iştirak edəcəyi bu nəhəng tədbirdə ətraf mühitin mühafizəsi, ekologiya, “yaşıl enerji” sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin geniş müzakirəsi bu sahələrə sərmayə axıcılığını stimullaşdırır, “yaşıl iqtisadiyyat” quruculuğu yolunda təşəbbüsləri bir araya gətirəcək. Bu qərar Azərbaycana və onun liderinə olan etimad və etibarın ifadəsidir. Eyni zamanda, Prezident İlham Əliyevin növbəti parlaq qələbəsidir. Liderlik, müdrik düşünmə bacarığı, yüksək intellekt, mükəmməl diplomatik qabiliyyət, effektiv və məqsədyönlü yorulmaz fəaliyyəti ilə Azərbaycanı qlobal miqyasda ön sıralara çıxaran, səmimiyyət və yüksək kommunikasiya qabiliyyəti, münasibətlərdə məntiqli ardıcıllıq və etibarlılıq kimi şəxsi keyfiyyətləri ilə beynəlxalq təşkilatlar və dünya liderləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsi Prezident İlham Əliyevin fəaliyyətinin uğurlu məntiqi nəticəsidir.

Ölkəmizdə bu beynəlxalq miqyaslı tədbirin keçirilməsi ilk növbədə Azərbaycanın sabit, təhlükəsiz ölkə olduğunun göstəricisidir. Tədbirə çoxlu sayda dövlət və hökumət nümayəndələrinin qatılması ilə regional və beynəlxalq əhəmiyyətli, eləcə də ikitərəfli siyasi məsələlərin müzakirəsi imkanlarını da yaradacaq. Sevindirici haldır ki, minlərlə xarici nümayəndə ölkəmizə gəlməsi və iki həftə ərzində Bakı dünyanın diqqət mərkəzinə çevriləcək.

Prezident İlham Əliyev demişdir:“Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.

COP29 Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun göstəricisi olmaqla yanaşı, ölkəmizin bərpa olunan enerji sahəsində böyük potensiala malik olmasının, həmçinin iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə davamlı töhfələr verməsinin və onları daha da artırmaq istəyinin təqdimatıdır.

Prezident İlham Əliyev sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında da bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir.Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.

Konfransın Azərbaycanda keçirilməsinin əsas üstünlükləri kimi, işğaldan azad edilmiş ərazilərin vəziyyətinin yaxşılaşdırılması, səmərəli və effektiv infrastrukturun qurulması üçün bilik və bacarıqların öyrənilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və s.misal göstərmək olar. Eyni zamanda COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək, konkret addımlar atmaq üçün bir fürsətdir. COP29 iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir və eyni zamanda sülhə, əmin-amanlığa yol açır.

Dünyanı narahat edən çox ciddi problemlərdən biri canlı aləmə təsir edən iqlim dəyişmələridir. İqlim dəyişkənliyi Yer kürəsinin və ya onun ayrı-ayrı hissələrinin iqlimində hava parametrlərinin zamandan asılı olaraq dəyişərək statistik normadan əhəmiyyətli dərəcədə sapmaları ilə müşayiət olunur. İqlim dəyişmələrinin səbəbləri astrofiziki, geofiziki və Günəşdə vaxtaşırı baş verən fiziki proseslər, Yerin öz xəyali oxu və Günəş ətrafında hərəkəti zamanı baş verən dəyişmələr, şimal və cənub qütblərinin nutasiyası, vulkan püskürmələri kimi təbii amillərlə yanaşı, insanların təbiətə göstərdiyi antropogen təsirlərdir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Bu ərazilərdə yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin digər dünya ölkələrinə nəqli Azərbaycanın hədəf götürdüyü enerji siyasətinin prioritetidir.

Azərbaycan COP29 ilə sülhpərvərliyini bir daha dünyaya bəyan edəcək. Azərbaycan bu nüfuzlu tədbiri də yüksək səviyyədə keçirməklə dünyada sabitlik adası olduğunu bir daha təsdiqləyəcək. Sözsüz ki, ev sahibliyi etməsi isə ölkəmizin dünyada artan nüfuzunun parlaq ifadəsidir.

Son zamanlar saylı günləri qalan COP29-a bağlı sosial şəbəkələrdə, bir sıra Qərb mediasında siyasi kontekstdə Azərbaycana qarşı açıq-aşkar mənfi tendensiya müşahidə olunur. Respublikamızın imicinə xələl gətirmək məqsədi daşıyan bu kampaniyaya dezinformasiya, faktların təhrif edilməsi və ictimai rəyin manipulyasiyası daxildir Qarabağdan olan separatçıların həbsi ilə əlaqədar hadisələr kontekstində guya etnik təmizləmə ilə bağlı dezinformasiyalar yayılır. Bu cür rəvayətlərin formalaşması çox vaxt faktların şişirdilməsi və ya təhrif edilməsinə, habelə münaqişə vəziyyətinin emosional aspektlərinin manipulyasiyasına əsaslanır. Separatçıların həbsinə diqqət çəkməklə yanaşı, onların müharibənin planlaşdırılmasında, beynəlxalq hüququn pozulmasında, terrorizmdə və bir sıra digər cinayətlərdə iştirakı barədə məlumatlar isə gözardı edilir.

COP29 konfransı ərəfəsində Qərbin Qarabağ separatçılarının liderlərinin və mülki azərbaycanlılara qarşı hərbi cinayətlərə görə məsuliyyət daşıyan səhra komandirlərinin azad edilməsi çağırışlarına dair Azərbaycana qarşı aparılan kompaniya ən azı tarixi ədalətsizlik və Beynəlxalq hüququn kobud surətdə pozulmasıdır.

Habil Əhmədov

Apşeron Rayon Məhkəməsinin hakimi

Oxşar xəbərlər