Bakıda həmyaşıdını qətlə yetirməkdə ittiham olunan gəncin məhkəməsi başladı


  • 11:50

Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirləndirilən Rəhim Əsədovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş Rəşid İmanovun hüquqi varisi və atası İmanov da öncədən Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə məhkum edildiyi üçün və təqsirləndirilən şəxsin yaşı ilə əlaqədar onun azadlığa buraxılmasını istəyib. O, hüquqi varisliyin qayınanasına verilməsini xahiş edib.

Məhkəmə bu xahişi rədd edib.

Dövlət ittihamçısı Vüsal Mehrəliyev işin məhkəmə baxışına verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs qətimkan tədbiri"nin saxlanılmasını istəyib.

Məhkəmə müşavirəsi əsasında təqsirləndirilən Rəhim Əsədov barəsində seçilmiş "həbs qətimkan tədbiri" qüvvədə saxlanılıb.

Məhkəmənin baxış iclası 30 oktyabr tarixinə təyin edilib.

Qeyd edək ki, iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər