Pensiya düzəltmək adı ilə 13 nəfərin pulunu ələ keçirdi - 6 il cəza verildi


  • 11:50

Vətəndaşlara pensiya düzəltmək adı ilə külli-miqdarda dələduzluq etməkdə təqsirləndirilən Samirə Mirzəyevayanın məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin əvvəlki 9 ay azadlıqdan məhrum etmə cəzasını da nəzərə alaraq onun qəti olaraq 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan ediblər. Hökmə görə, Samirə Mirzəyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Samirə Mirzəyeva sosial təminat məsələlərinə köməklik göstərilməsi adı altında 13 vətəndaşın pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. Cinayət işində Dövlət Sosial Müdafiə Fonduda zərərçəkmiş qismində tanınır. Samirə Mirzəyeva əlillik dərəcəsinin təyini, bərpası və güzəştli sosial mənzillərin verilməsinə köməklik göstərilməsi ilə bağlı 2022-2023-cü illər ərzində ona müraciət etmiş bu işlə bağlı 13 şəxsə məxsus külli miqdarda pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər