Məhkəmə rüşvət almaqda təqsirləndirilən şəxslə bağlı bəraət hökmünü qüvvədə saxladı


  • 10:24

Şirvan Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Dəyanət Atakişiyev barəsindəki hökmdən verilən apellyasiya protestinə baxılıb.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Xalid Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, protest təmin olunmayıb, bəraət hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Dəyanət Atakişiyev 2022-ci ilin noyabr ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 32.5 (cinayətdə iştirakçılıq), 311.3.2 ( rüşvət alma - təkrar törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan seçilib. Məhkəmənin gedişində onun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Lənkəran Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli hökmü ilə D.Atakişiyevə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər