Narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda təqsirləndirilən şəxs məhkəmə zalından həbs edildi


  • 10:20

Narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda təqsirləndirilən Mirzədadaş Cəlilova hökm oxunub.

E-huquq.az-ın verdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Mirzədadaş Cəlilov barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunaraq 5 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı ötən prosesdə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilən Mirzədadaş Cəlilovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddəsi ittiham irəli sürülüb.

Qeyd edək ki, Mirzədadaş Cəlilov ötən ilin iyul ayında Sabunçu rayonu ərazisində çətənə kollarının kultivasiyası və narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə həbs edilib. Ancaq onun ilk dəfə cinayət törətməsini nəzərə alaraq barəsində həbslə olmayan qətimkan tədbiri seçilib.

Orxan Rasifoğlu

Oxşar xəbərlər