Soyğunçuluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxıldı


  • 17 Oktyabr 16:53

Bakıda soyğunçuluq etməkdə təqsirləndirilən Nemət Alnağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Təqsirləndirilən şəxsin vəkili Xalid Ələkbərovun e-huquq.az-a verdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N.Alnağıyevin təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib. O, məhkəmə zalından dərhal azadlığa buraxılıb.

Qeyd edək ki, N.Alnağıyevə qarşı Cinayət Məcəlləsinin 180.2.1 (soyqunçuluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. İstintaq dövrü üçün onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər