Məhkəmə piyadanın ölümündə təqsirləndirilən sürücü ilə bağlı qərar verəcək


  • 17 Oktyabr 14:02

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Hacıağa Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Hakim Anar Rzayev sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Ağayev Hacıağa Vaqif oğlu etibarnamə əsasında idarə etdiyi "HOWO ST-3250C" markalı yük avtomobili ilə Sabunçu rayonu, "Şəhər şossesi" ilə Zabrat qəsəbəsindən şəhər mərkəzi istiqamətində hərəkətdə olarkən avtomobilin ön sağ hissəsi ilə yolun hərəkət hissəsində dayanmış piyadanı vurub. Piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər