Yevlaxda həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı


  • 17 Oktyabr 13:58

Yevlaxda həmkəndlisini öldürməkdə təqsirləndirilən Şəhliyar Bayramlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Tural Əfəndizadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Şəhriyar Bayramlı rayonun Əkşəm kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək həmkəndlisi Musa Orucovu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər