Viza düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı


  • 15:12

Xarici ölkələrə viza düzəltmək adıyla vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməllərində təqsirləndirilən Rüfət Piriyevin məhkəmə prosesi başlayıb.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinsə hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsin həbs qətimkam tədbirinin dəyişdirilməsi üçün əsas olmadığını və məhkəmənin baxışa verilməsini istəyib.

Məhkəmə qısa müşavirədən sonra işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmənin ilk baxış iclası oktyabrın 30-na təyin olunub.

Qeyd edək ki, “Abroad” MMC-nin rəhbəri və “Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan Rüfət Piriyev dələduzluqda ittiham olunur. 200-dən çox şəxs zərərçəkən qismində tanınıb.

Çoxsaylı şikayətlər əsasında Rüfət Şahin oğlu Piriyev barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb. O, məhkəmənin qərarı ilə axtarışa verilmişdi.

Orxan Rasifoğlu

Oxşar xəbərlər