Cəlilabadda evdən oğurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 30 Sentyabr 11:59

Cəlilabadda evdən oğurluq etməkdə təqsirləndirilən Şakir Vəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Hakim Elxan Əmirəliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş Şakir Vəliyev Cəlilabad rayonunun Hamarqışlaq kəndində qonaq qaldığı evdən 3 min 500 manat dəyərində zinət əşyaları oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər