Ordubadda həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 30 Sentyabr 11:50

Naxçıvanda həmkəndlisini öldürməkdə təqsirləndirilən Bəxtiyar Rəsulovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Faiq Heydərovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Ordubad rayonu Unus kənd sakini Rəsulov Bəxtiyar Sərdar oğlu qisas motivi ilə həmkəndlisi, 1974-cü il təvəllüdlü Tağıyev İbrahim Əsədullah oğlunı bıçaqlayaraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər