“Holcim Azərbaycan”a cərimə protokolu yazıldı


  • 27 Sentyabr 15:40

"Holcim (Azərbaycan)" ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

İş hakim Şəfa Dadaşovanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər