"Gəncə Cihazqayırma Zavodu" barəsində inzibati protokol tərtib edildi


  • 27 Sentyabr 15:30

"Gəncə Cihazqayırma Zavodu" ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, zavod barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib. İş hakim Elxan Əlizadənin icraatına verilib.

Protokol təsdiq olunarsa, zavod inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər