"Azərsığorta"ya qarşı məhkəmədə iddia qaldırıldı


  • 27 Sentyabr 15:26

Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti məhkəməyə verilib.

E-huquq.az xəbər verir ki, "Cahan-Motors" MMC şirkətə qarşı sığorta müqaviləsi üzrə tələb irəli sürüb.

İddia Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər