Bakıda həkim arvadını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başladı


  • 26 Sentyabr 16:31

Bakıda həkim işləyən həyat yoldaşını 14 bıçaq zərbəsi ilə xəsarət yetirən Fikrət Balabəyovun cinayət işi üzrə məhkəməsi başlayıb.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı Fuad Musayev işin baxışa verilməsini məhkəməyə təklif edib.

Məhkəmə qısa müşavirədən sonra işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmənin ilk baxış iclası oktyabrın 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin mayında paytaxtın Suraxanı rayonun Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Arzu Balabəyova əri ilə mübahisə zamanı bıçaqlanıb. 1970-ci il təvəllüdlü Fikrət Balabəyov qısqanc zəmnində arvadına ümumilikdə 14 bıçaq zərbəsi vurub. Hadisədə şübhəli bilinən F. Balabəyov polis tərəfindən saxlanılıb.

Ona qarşı 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Arzu Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.

Orxan Rasifoğlu

Oxşar xəbərlər