Yekun müsahibədən keçən hakimliyə namizədlərin adları açıqlandı - SİYAHI


  • 25 Sentyabr 18:51

Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək ilkin tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən yekun müsahibə keçirilib.

Bu barədə e-huquq.az-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

Bildirilib ki, yekun müsahibədə namizədlərin uzunmüddətli tədris kursunun proqramını mənimsəmə səviyyəsi, onların hüquq sahəsində nəzəri və praktiki biliklərini tətbiq etmək bacarığı və ümumi dünyagörüşü, hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi Komitə tərəfindən qiymətləndirilməklə 34 hakimliyə namizəd yekun müsahibədə müvəffəqiyyət qazanıb, onların qiymətləndirilməsinin nəticələri və ixtisaslaşmaları barədə rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.

Qanunvericiliyə uyğun olaraq 02 oktyabr 2024-cü il tarixdə Şura tərəfindən namizədlərlə söhbət və ixtisaslaşma aparılacaq.

Müsabiqədə uğur qazanmış hakimliyə namizədlərin siyahısını təqdim edirik:

Soyadı, adı, atasının adı
1. Ağakişiyeva Lətafət Almazxan qızı
2. Aşurova Günay Raqif qızı
3. Bayramov Samir Zakir oğlu
4. Cəfərova Arifə Namus qızı
5. Ələsgərov Elvin Əvəz oğlu
6. Əsədzadə Aytəkin Aqil oğlu
7. Hacıyev Süleyman Aslan oğlu
8. Heydərova Nazlı Azər qızı
9. Həsənov Teymur Həsən oğlu
10. Hüseynov Elşən Təbrizoviç
11. Hüseynov Nurəli Əvəz oğlu
12. Hüseynova Elnarə Ramiz qızı
13. İbişov İlkin İlqar oğlu
14. İbrahimova Aytəkin Nazim qızı
15. İmanov Əli Sərməz oğlu
16. İsmayılova Günel Rza qızı
17. Qənbərov Tağı Ədalət oğlu
18. Quluzadə Günel Cəbrayıl qızı
19. Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızı
20. Meybullayeva Şəfiqə Eldar qızı
21. Məhərrəmov Bayram Yusif oğlu
22. Məmmədli Əbülfəz Namiq oğlu
23. Məmmədli Qəşəm Fərhad oğlu
24. Məmmədova Günel İqbal qızı
25. Məmmədova Zərifə Faiq qızı
26. Mürsəlova Heyran Mehman qızı
27. Müslümov Bəhruz Firizman oğlu
28. Nəbiyev Cavanşir Şirvan oğlu
29. Nəbiyev Rəmzi Sultan oğlu
30. Nəsibov Samir Nadir oğlu
31. Nəsimiyev Fərid Aydın oğlu
32. Nuriyev Aqil Abdul oğlu
33. Şirinova Əsədova Günel Soltan qızı
34. Şövkətli-Mənsimli Leyla Şahin qızı

Oxşar xəbərlər