200 mindən çox dələduzluqda təqsirləndirilən şəxsinı başa çatdı


  • 25 Sentyabr 18:06

Bakıda dələduzluq etməkdə təqsirləndirilən Vüsal Bağırovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Siyavuş Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Vüsal Bağırov özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək müxtəlif vaxtlarda 5 nəfəri onların mənzilini təmir edəcəyi adı ilə aldadaraq zərərçəkənlərin ümumilikdə 213 min manatdan artıq pulunu almaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər