Lənkəranda üç nəfərin xəsarət aldığı yol qəzası ilə bağlı məhkəmə başlayır


  • 25 Sentyabr 17:54

Lənkəranda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ağaddin Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Hakim Muradağa Qasımovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası oktyabrın 8-nə təyin olunub.

Qeyd edək ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Darquba kəndi ərazisində qeydə alınıb. 1991-ci il təvəllüdlü Ağaddin Qasım oğlu Qasımovun idarə etdiyi "QAZel" markalı yük avtomobili, 1990-cı il təvəllüdlü İsmayıl Əvəzəli oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. “VAZ” avtomobilində sıxılıb qalan Lənkəran rayonunun Şağlaküçə kənd sakinləri 1990-cı il təvəllüdlü Ramin Əlabbas oğlu Şükürov və 1989-cu il təvəllüdlü Ağasif Fəzail oğlu İsmayılov çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. "QAZel" də sərnişin qismində olan Lerik rayonunun Hamarmeşə kənd sakini 1965-ci il təvəllüdlü Qasım Rüstəm oğlu Qasımov xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağaddin Qasımova qarşı Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər