"Direkt Kredi" auditdən yayınmaqda günahlandırılır


  • 25 Sentyabr 17:48

"Direkt Kredi" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, MMC barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma) maddəsi ilə prokotol tərtib olunub.

Proktokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. İş hakim Rəfail Sadıxovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunsa, "Direkt Kredi" min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər