"Bazastore" barəsində inzibati protokol tərtib olundu


  • 25 Sentyabr 17:46

"Bazastore" MMC-yə cərimə protkolu yazılıb.

E-huquq.az xəbər verir ki, marketlər şəbəkəsi barədə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. İş hakim Fuad Axundov Fuad Axundovun icraatına verilib.

Qeyd edək ki, bu xətaya görə "Bazastore" iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər