Sumqayıt Şəhər İcra Hakimiyyəti cərimələnə bilər


  • 25 Sentyabr 17:42

Sumqayıt Şəhər İcra Hakimiyyətinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, qurum barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

İş hakim Samir İsmayılovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər