Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır


  • 25 Sentyabr 17:19

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Seymur Əliquliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.

Hakim Namiq Kərimovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası oktyabrın 10-na təyin olunub.

Qeyd edək ki, Əliquliyev Seymur Ağa Əhməd oğlunun idarə etdiyi “Hovo” markalı avtomobillə Hövsan - Türkan yolu ilə onun əks yolu istiqamətində hərəkət edən “Opel” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində sürücü Abdullayev Baxşəli Əziz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb. S.Əliquliyevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər