Sumqayıtda tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 25 Sentyabr 17:11

Sumqayıtda tanışını öldürməkdə təqsirləndirilən Nüsrət Həsənəlilinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 9-da keçiriləcək.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Nüsrət Həsənəlili Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı tanışı, 1995-ci il təvəllüdlü Nicat Bayramovu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər