"Bakıxanov-Çörək" barəsində inzibati protokol tərtib olundu


  • 25 Sentyabr 12:26

"Bakıxanov-Çörək" ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 578.1-ci (İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. İş hakim Anar Rzayevin icraatına verilib.

Protokol təsdiq olunarsa, ASC on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər