"Lerik Broyler" cərimələnə bilər


  • 25 Sentyabr 12:20

"Lerik Broyler" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cÜ (Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilib.

Protokol hakim Yusif Zeynalovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, İXM-nin bu maddəsinə əsasən vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər