"Azərbaycan Avtomobil Evi" barəsində inzibati protokol tərtib olundu


  • 24 Sentyabr 14:49

"Azərbaycan Avtomobil Evi" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İş hakim Anar Rzayevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər