Xaçmazda adam öldürməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı


  • 17:42

Xaçmazda adam öldürməkdə təqsirləndirilən Əlipaşa Əlipaşayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Aynur Rzayevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 4-də keçiriləcək.

Qeyd edək ki, Əlipaşa Əlipaşayev 33 yaşlı Qərib Cəbrayılovu bıçaqlayaraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər