Məhkəmə lotereya bileti oğurlamaqda təqsirləndirilən şəxslə bağlı qərar verəcək


  • 17:35

Ucarda köşdən oğurluq etməkdə təqsirləndirilən Əli Salmanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilib.

Hakim Xəyal Bədəlovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı oktyabrın 2-də keçiriləcək.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Əli Salmanov Ucar şəhərinin ərazisində yerləşən ticarət mərkəzində yerləşən köşkdən 750 manat dəyərində 75 ədəd lotereya oğurlamaqda təqsirləndirilir. Ə.Salmanov cekpot udmaq üçün lotereya oğurladığını deyib. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər