85 yaşlı piyadanın ölümündə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır


  • 17:29

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Taleh Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Hakim Muradağa Qasımovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1970-ci il təvəllüdlü Məhərrəmov Taleh Abidin oğlu idarə etdiyi “Paz” markalı avtomobil ilə Lənkəran şəhəri, Ş.Xiyabani küçəsi ərazisində hərəkətdə olan zaman avtomobil yolunu piyada keçən 1939-cu il təvəllüdlü, İbrahimov İbrahim Əskər oğlunu vurub. Nəticədə İbrahim İbrahimov hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər