Şəmkirdə bir ailənin üç üzvünü bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 20 Sentyabr 17:10

Şəmkirdə bir ailənin üç üzvünü bıçaqlamaqda təqsirləndirilən Sahib Heydarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Sahib Heydarov 1972-ci il təvəllüdlü İlham Hüseynov, 1995-ci il təvəllüdlü Nübar Qənbərli və 1976-ci il təvəllüdlü Şərafət Hüseynovanı bıçaqlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürəlib. Sahib Heydarov ailənin keçmiş kürəkəni olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər