"Bazarstore" barəsində inzibati protokol tərtib olundu


  • 20 Sentyabr 16:14

"Bazarstore" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, mağazalar şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Bazarstore" min beş yüz manat məbləğində cərimə ediləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər